"Qəbələ" futbol klubunun yeni prezidenti müəyyənləşdi - FOTO

 00:43 19.04.2019     599

"Qəbələ" klubunun yeni prezidenti bəlli olub. 

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tale Heydərovun istefasından sonra bu vəzifəyə Fariz Nəcəfov təyin olunub.

Bildirilir ki, sabiq prezident tərəfindən 2008-ci ildə kluba vitse-prezident vəzifəsinə təyin olunmuş Nəcəfovun rəhbərliyi altında bundan sonra da klubun məqsədi “Qəbələ” Futbol Akademiyasının inkişafı və Avropa turnirlərində uğurlu çıxış planını davam etdirməkdir. 

Fariz Nəcəfovun prezident postuna təyin olunması ilə bağlı Tale Heydərov bunları deyib: "Mənim üçün getmək zamanı gəlmişdi və Fariz Nəcəfovun yeni prezident olmağını açıqlamaqdan məmnunluq duyuram. 13 il ərzində klubun inkişafını görmək möhtəşəm idi və buna görə bir daha klubun kollektivinə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm - bilirəm ki, onlar daha da irəli gedəcəklər".