Möhtəşəm Bakı finalının bir addımlığında

 02:45 19.04.2019     533

Futbol üzrə Avroliqa turnirinin 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Almaniyanın "Ayntraxt" klubu "Benfika"nı 2-0 hesabı ilə üstələyərək yarımfinal biletini alıb.

İlk oyunda "Napoli"ni 2-0 hesabla məğlub edən turnirin əsas favoriti "Arsenal" səfərdə də rəqibinə qalib gəlib. 1-0. Ümumi hesabda 3-0 üstünlük qazanan "topçular" yarımfinala vəsiqə qazanıb.

İngiltərənin digər təmsilçisi "Çelsi" klubu isə 1-0 qalib gəldiyi ilk oyunun revanşında rəqibi "Slaviya" klubunu 4-3 hesabıyla məğlub edib.Yekunda 5-3 üstünlük əldə edən "Çelsi" yarımfinala adını yazdırıb.

İspaniya derbisində isə "Valensiya" rəqibi "Vilyareal" klubunu 2 cavabsız topla əliboş yola salıb. İki oyunun yekununa görə "Valensiya" 5-1 üstünlüklə yarımfinala keçib.

Rüfət Xəlil / REDAKTOR.AZ