"Neftçi"dən növbəti qələbə - İntriqa davam edir

 23:03 19.04.2019     476

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

Redaktor.az xəbər verir ki, həftənin son oyununda "Sabah" "Neftçi"ni qəbul edib. Masazırdakı "Əlincə Arena"da keçirilən oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0.

Qarşılaşmanın 55-ci dəqiqəsində "Sabah"ın müdafiəçisi Novruz Məmmədov ikinci dəfə sarı vərəqə görərək meydandan qovulub, sonra "Neftçi"nin heyətində Namiq Ələsgərov dubl edib. O, 59-cu və 62-ci dəqiqələrdə toru silkələyib.

Bu qələbədən sonra xalını 55-ə çatdıran "Neftçi" lider "Qarabağ"la aradakı xal fərqini 2-yə endirib. "Sabah" isə 26 xalla 5-ci pillədə qərarlaşıb

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Keşlə"ni 3:0, "Səbail" isə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib. Bu gün keçirilən "Qəbələ" - "Zirə" matçında isə meydan sahibləri qalib gəlib - 2:1.

Rüfət Xəlil / REDAKTOR.AZ