Türkiyə Superliqasının 29-cu turu start götürdü

 03:39 20.04.2019     475

Futbol üzrə Türkiyə superliqasında 29-cu tura start verilib.

Redaktor.az-ın məlumatına görə, ilk oyun günündə bir matç keçirilib. "Kasımpaşa" "Bursaspor"u qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlinə 61 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 56 xalla 2-ci, "Beşiktaş" 53 xalla 3-cüdür. "Kasımpaşa" 38 xalla 6-cı, "Bursaspor" isə 29 xalla 15-ci pillədə qərarlaşıb.

Rüfət Xəlil / Redaktor.az