Türkiyəli futbolçu klubuna 1 xal qazandırdı

 07:12 20.04.2019     507

Futbol üzrə İspaniya çempionatının 33-cü turuna start verilib.

Redaktor.az-ın məlumatına görə, turun açılış oyununda "Alaves" "Valyadolid"i qəbul edibb.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Qonaq komandanın bərabərlik qolunu türk futbolçu Enes Ünal vurub.

Qeyd edək ki, 33 oyuna 46 xal toplayan "Alaves" turnir cədvəlinin 8-ci pilləsində qaərarlaşıb. Enesin klubu "Valyadolid" isə 32 xalla 17-ci pillədədir. Turnir cədvəlinə 74 xalla "Barselona" başçılıq edir.

Rüfət Xəlil / Redaktor.az