Boksçumuz ermənini məğlub etdi və titula sahib çıxdı

 09:12 21.04.2019     386

Azərbaycan əsilli boksçu Elnur Səmədov Moskva şəhərində keçirilən "VBA Kontinental" titulu uğrunda döyüşdə əslən erməni idmançı Ayka Şaxnazaryanı məğlub edib.

Redaktor.az Report -a istinadən xəbər verir ki, 9 raund davam edən döyüş Azərbaycan idmançısının aşkar üstünlüyü şəraitində keçib.

Elnur Səmədov 9-cu raundda ermənistanlı boksçunun görüşü davam etdirə bilməyəcəyini bildirməsindən sonra, hakimlərin yekdil qərarı ilə "VBA Kontinental" tituluna layiq görülüb.

Görüşdən sonra çoxsaylı bədən xəsarətləri alan Ayka Şahnazaryana tibbi yardım göstərilib.

Yarış Floyd Meyveyzer Boks Akademiyasının təşkilatçılığı ilə baş tutub.