Azərbaycan komandası qızıl medal qazandı

 17:17 21.04.2019     480

Azərbaycan komandası bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində beş halqa ilə qrup hərəkətlərində 21.500 bal toplayaraq qızıl medal qazanıb.

Redaktor.az-ın Trend-ə istinadən məlumatına görə, gümüş medalı İtaliya komandası (21.500 bal), bürünc medalı isə Belarus komandası (20.100 bal) qazanıblar.

Azərbaycan komandasının tərkibi: Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Həcizadə, Millana Əkbərova və Fəridə Səfiyarzadə.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.