"Neftçi"də ciddi itki - Petrov zədələndi

 02:28 23.04.2019     499

Futbol üzrə Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Sabah”la oyunun əvvəllərində zədələnərək əvəzlənən "Neftçi"nin futbolçusu Kiril Petrovun vəziyyətinə aydınlıq gəlib.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki, tibbi baxışın nəticələrinə əsasən, ukraynalı müdafiəçi budun arxa qrup əzələlərinin gərilməsi diaqnozu ilə üç həftə müalicə olunacaq.

Oyunçu buna görə mövsümün qalan üç matçında komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. K.Petrov bu mövsüm 24 oyunda meydana çıxıb.