Fransa Liqasında qadın hakim - İlk dəfə

 00:47 24.04.2019     477

Fransa Liqasında ilk dəfə olaraq oyunu qadın hakim idarə edəcək.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 34-cü turda  keçiriləcək “Amyen” – “Strasburq” matçı Stefani Frappara tapşırılıb. Görüş aprelin 28-də oynanılacaq. 

Qeyd edək ki, bu təyinat iyunun 7-dən iyulun 7-ə qədər Fransada keçiriləcək qadınlar arasında DÇ-2019-a hazırlıq məqsədi daşıyır.

Rüfət Xəlil /Redaktor.az