"Milan" Türkiyəli ulduzu satır

"Milan" komandada qalıb-qalmayacağı müzakirə olunan Hakan Çalhanoğlu ilə bağlı qərar verib.
Redaktor.az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, klub mövsümün sonunda 25 yaşlı yarımmüdafiəçini satmaq niyyətindədir. “Qırmızı-qaralar” türkiyəli futbolçunun satışından ən az 20 milyon avro gəlir əldə etməyi düşünür.
Qeyd edək ki, Çalhanoğlu 2017-ci ildən "Milan"ın formasını geyinir.
Rüfət Xəlil / Redaktor.az