"Real Madrid" Kurtuanı transferə çıxarır - Zidanın xahişi ilə

 05:46 24.04.2019     567

"Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan Madrid klubunun rəhbərliyindən belçikalı qapıçı Tibo Kurtuanı transferə çıxarmağı xahiş edib.

Rdaktor.az-ın məlumatına görə, məşqçi ümidlərini 2014-cü ildən klubun qapılarının qoruyan Kosta Rikalı qapıçı Keylor Navasa bağlayır.

Qeyd edək ki, Kurtua 2018-ci ilin avqust ayında İngiltərənin "Çelsi" komandasından  "Real Madrid"ə keçib. Qapıçının transferinə görə "Real" qarşı tərəfə 35 milyon avro ödəyib.

Qeyd edək ki, Kurtua "Real"ın heyətində bütün turnirlərdə 32 oyun keçirib və qapısından 42 qol buraxıb.