Premyer Liqada yeni rekord - 7-ci saniyədə qol vurdu

 07:43 24.04.2019     460

"Sauthempton"un hücumçusu Şeyn Lonq İngiltərə Premyer Liqasında yeni rekord müəyyənləşdirib.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki,  irlandiyalı futbolçu "Uotford"la 31-ci turdan təxirə salınmış oyunun 7-ci saniyəsində fərqlənməklə çempionat tarixində vurulmuş ən erkən qol müəlifi kimi tarixə düşüb.

Qeyd edək ki, Lonqa qədər rekord "Tottenhem"im sabiq müdafiəçisi Ledli Kinqə məxsus idi. O, 2000-2001 mövsümündə "Bredford"la görüşün 10-cu saniyəsində rəqib qapısına yol tapmışdı.

Rüfət Xəlil / REDAKTOR.AZ