UEFA Azərbaycanın viza anketində dəyişiklikləri alqışlayıb

 09:14 24.04.2019     459

Avropa Futbol Assosiasiyalarının İttifaqı UEFA Azərbaycan hakimiyyətinin elektron viza sisteminə (https://evisa.gov.az/ru) HIV/hepatit təsdiqi tələbinin ləğvi ilə bağlı dəyişiklik etmək qərarını alqışlayıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə UEFA-nın saytında yerləşdirilən bəyanatda deyilir.

"Beləliklə, UEFA Avropa Liqasının finalının meydan sahibləri Avropa futbol ittifaqının azarkeşlər adından etdiyi sorğusuna reaksiya verib" - deyə bəyanatda bildirilir.