Bu oyunçu futboldan ömürlük uzaqlaşdırıldı

 07:12 25.04.2019     184

"Bakı" klubunun sabiq futbolçusu İbrahim Karqbo ömürlük futboldan uzaqlaşdırılıb.

Redaktor.az Report-a istinadən xəbər verir ki, 37 yaşlı oyunçu matçların nəticələrini manipulyasiya etdiyi üçün bu cəzaya məruz qalıb.

Qeyd edək ki, İbrahim Karqbo 2010-2013-cu illərdə "Bakı" komandasında çıxış edib. Sierra Leoneli oyunçu son olaraq İngiltərənin aşağı liqa komandası olan "Dulviç Hamlet"in formasını geyinib.