"Latsio" "Milan"ı səfərdə məğlub etdi - İtaliya Kuboku

 14:00 25.04.2019     477

İtaliya Kubokunda ilk finalçı müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, "Latsio" yarımfinalda "Milan" komandasından üstün olub. İlk görüşdə öz meydanında qolsuz heç-heçə edən "Latsio", cavab qarşılaşmasında qələbə qazanıb. Matç 1:0 hesabı ilə yekunlaşıb. 

Yeganə qolu 58-ci dəqiqədə Xoakin Korrea vurub.

Redaktor.az