Formula 1 Qran-Prisinin birinci sərbəst yürüşü ləğv olundu - FOTOLAR

 15:32 26.04.2019     475

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü ləğv olunub.

Redaktor.az xəbər verir ki , buna səbəb “Williams” komandasının üzvü Corc Rasselin idarə etdiyi bolidin Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü zamanı kanalizasiya qapağına toxunması və bunun nəticəsində qəza baş verməsi  olub.

C.Rasselin boldi transdan evakuasiya edilib və hadisə yerinə mütəxəsislər cəlb olunub.

Mütəxəsislər digər kanalizasiya qapaqlarını da yoxlamağı qərara alıblar.

FIA elan edib ki, yürüş davam etdirilməyəcək, çünki Formula 2 üzrə təsnifat turunun başlamasına qədər bütün kanalizasiya qapaqları yoxlanılmalıdır.

222