Formula 2 yarışlarının sıralanma turuna start verilib

 16:02 26.04.2019     363

Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib.

Redaktor.az-ın məlumatına görə, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “UNI-Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini qabaqlayıb. İkinci ən yaxşı nəticə “Carlin” komandasından Nobuharu Matsuşitaya, üçüncü nəticə isə “MP Motorsport”un sürücüsü Cordan Kinqə məxsusdur.