Koronavirus

Formula 2 yarışlarında sıralanma turunun qalibi məlum olub

 17:16 26.04.2019     161

Bakıda Formula 2 yarışlarının sıralanma turu başa çatıb.

Redaktor.az-ın məlumatına görə, "Carlin" komandasının pilotu Nobuhari Matsuşita Bakıda keçirilən Formula 2 yarışında sıralama turunun qalibi olub.

“ART Grand Prix” komandasının təmsilçisi Nik de Vries ikinci, “UNİ-Virtuosi”nin pilotu Luka Qiotti isə üçüncü yeri tutublar.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.