“Liverpul” autsayderi darmadağın etdi

 06:17 27.04.2019     452

İngiltərə Premyer Liqasında XXXVI tur başlayıb.

Redaktor.az ONA-ya istinadla bildirir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Çempionluq uğrunda mübarizə aparan “Liverpul” yarışın autsayderi “Haddersfild”i qəbul edib. Mersisaydlılar rəqibini darmadağınla məğlubiyyətə uğradıblar. Bu qələbə Yurgen Kloppun yetirmələrinin yenidən zirvəyə yüksəlməsi ilə nəticələnib.

Qeyd edək ki, turun digər oyunları aprelin 27-28-də keçiriləcək.

İngiltərə Premyer Liqası
26 aprel
XXXVI tur
“Liverpul” – “Haddersfild” – 5:0
Keyta, 1, Mane, 23, 66, Salah, 45, 83