Formula 2 üzrə birinci yarışa start verilib

 12:20 27.04.2019     143

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə birinci yarışa start verilib.

Redaktor.az-ın məlumatına görə, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır.

Qeyd edək ki, Formula 2-nin sonuncu sıralama turunda "Carlin" komandasının pilotu Nobuhari Matsuşita Bakıda keçirilən turun qalibi olub.

“ART Grand Prix” komandasının təmsilçisi Nik de Vries ikinci, “UNİ-Virtuosi”nin pilotu Luka Qiotti isə üçüncü yeri tutublar.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.