Formula 2-də üç pilot yarışı dayandırdı

 13:40 27.04.2019     445

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə birinci yarışda ardıcıl üç qəza baş verib.

Redaktor.az-ın məlumatına görə, “UNİ-Virtuosi”nin pilotu Quanyu Zhou və “BWT Arden” komandasının xanım pilotu Tatiana Qalderon və "Carlin" komandasının pilotu Luiz Deletraz qəza törədib.

Pilotlardan ikisi ötmə zamanı səhvə yol verərək qarşıdakı bolidə, daha sonra isə təhlükəsizlik baryerinə çırpılıb. Digər pilot da idarəetməni itirərək baryerə çırpılıb.

Hər üç pilotun bolidi trekdən evakuasiya edilib və pilotlar yarışı dayandırıblar.

Redaktor.az