“Neftçi” uduzdu, “Qarabağ” çempionluğun bir addımlığında

 22:17 27.04.2019     432

“Neftçi” Azərbaycan Premyer Liqasının 26-cı turunda “Sumqayıt” klubu ilə qarşılaşıb.

Redaktor.az Oxu.Az-a istinadən xəbər verir ki, oyun Bakı təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

“Neftçi”nin heyətində Ruslan Abışov (8) və Dabo (72) fərqlənib. “Sumqayıt”ın qollarını isə Əmir Ağayev (31), Ülvi İsgəndərov (42) və Murad Xaçayev (77) vurub. 

Qeyd edək ki, çempionatın bitməsinə iki tur qalır. Hazırda turnir cədvəlinin birinci pilləsində Ağdamın “Qarabağ” klubu qərarlaşıb. “Neftçi” “Qarabağ”dan 5 xal geri qalır.