Qarabağ"ın matçında biabırçı qol vuruldu - VİDEO

 08:57 28.04.2019     455

Aprelin 27-də Topaz Premyer Liqasının 26-cı turuna “Zirə” – “Qarabağ” oyunu ilə start verilib.

Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, Zirə Olimpiya Kompleksində oynanılan görüş Ağdam təmsilçilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qurban Qurbanovun yetirmələrindən Dani Kintana (20), Filip Ozobiç (28) və Mahir Mədətov (79) fərqləniblər.

Bu qələbə sayəsində “Qarabağ” xal ehtiyatını 60-a çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. Ağdamlılar əsas izləyiciləri “Neftçi”dən 5 xal irəlidədirlər. “Zirə” isə 25 xalla altıncı yerdə qərarlaşıb.

Futbol üzrə Azərbaycan çempionatının 25-ci turunun bütün görüşləri bu gün keçiriləcək.

***

"Neftçi" "Baksell Arena"da "Sumqayıt" komandasını qəbul edib.

Görüş "Sumqayıt"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.