Formula 1 Azərbaycan Qran Prisində sonuncu günün PROQRAMI

 12:05 28.04.2019     382

Aprelin 28-də Bakıda Formula 1 Azərbaycan Qran Prisinin üçüncü – sonuncu yarış gününə start verilir.

Redaktor.az-ın Trend-ə istinadən məlumatına görə, bu gün "Williams", "Racing Point", "McLaren", "Haas" və "Toro Rosso" komandalarının avtoqraf sessisiyası və Formula 2 pilotlarının ikinci yarışı olacaq.

Açılış mərasimi və pilotların paradından sonra Formula 1 Azərbaycan Qran Prisinə start veriləcək.

Azarkeş zonasının qapıları açılır

10:00

Bütün əyləncə zonası

 

Avtoqraf sessiyası – Williams

11:20

F1® azarkeş zonası

11:40

Avtoqraf sessiyası – Racing Point

11:20

F1® azarkeş zonası

11:40

Avtoqraf sessiyası – McLaren

11:40

F1® azarkeş zonası

12:00

Avtoqraf sessiyası – Haas

12:00

F1® azarkeş zonası

12:20

Avtoqraf sessiyası – Toro Rosso

12:20

F1® azarkeş zonası

12:40

F2™ ikinci yarış

13:10

Trekdə

14:00

Açılış və pilotların paradı

14:30

Trekdə

15:00

Dövlət Himni mərasimi

 

15:54

Trekdə

15:56

Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019

16:10

Trekdə

18:10

Podium mərasimi

18:10

Trekdə

 

Crystal Hall-un qapıları açılır

18:30

Crystal Hall

 

DJ Mendoza

20:30

Crystal Hall

 

AISEL konserti

21:15

Crystal Hall

 

Cardi B konserti

22:00

Crystal Hall

 

Azarkeş zonasının qapıları bağlanır

22:00

Bütün əyləncə zonası

 

Crystall Hall-un qapıları bağlanır

23:30

Crystal Hall

 

Şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var.

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.

Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.