Paralimpiyaçılarımız Dünya Kubokunda ikinci qızıl medal qazandılar

 17:04 28.04.2019     439

Azərbaycanın pauerliftinq idman növü üzrə Paralimpiya Milli Komandasının üzvü Elşən Hüseynov Macarıstanın Eger şəhərində keçirilən Dünya  Kubokunda qızıl medal qazanıb. 

Redaktor.az Oxu.az-a istinadən xəbər verir ki, 107 kiloqrama qədər çəki dərəcəsində yarışan idmançımız 225 kiloqram çəkini qaldıraraq fəxri kürsünün birinci pilləsinə yiyələnib. 

Xatırladaq ki, bir neçə gün öncə eyni yarışda 49 kiloqram çəki dərəcəsində yarışan idmançımız Pərvin Məmmədov qızıl medala layiq görülmüşdü. 

Bu gün isə 97 kiloqrama qədər çəki dərəcəsində yarışan idmançımız Nurlan Babacanov 195 kiloqram çəkini qaldıraraq fəxri kürsünün üçüncü pilləsinə yiyələnib.

Bu qələbə ilə Elşən Hüseynov, Pərvin Məmmədov və Nurlan Babacanov "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıblar

Azərbaycanın Paralimpiya Milli Komandasının üzvü Roman Saleh isə Qlazqo şəhərində keçirilən dünya seriyasında qızıl medal qazanıb. İdmançımız 100 metr məsafəni 1.00.61 dəqiqə ərzində qət edərək bütün rəqiblərini geridə qoyub. Beləliklə, Dünya Seriyasının fəxri kürsüsündə ən yüksək yerə sahib olub.