Türkiyənin məşhur futbolçusu HƏBS EDİLDİ
Futbol üzrə Türkiyə milli komandasının keçmiş futbolçusu Ümit Karan 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Redaktor.az “Habertürk”ə istinadən xəbər verir ki, o, İ.A adlı xanıma cinsi təcavüz etməkdə ittiham edilib. “Qalatasaray” komandasının sabiq üzvü ittihamları rədd edərək, iddiaların doğru olmadığını irəli sürüb.
Qeyd edək ki, iddianaməyə əsasən 2015-ci ildə Ümit Karan yaşadığı binada çalışan xanıma qarşı qeyri-etik davranışlar sərgiləyib.
Anar Türkeş / Redaktor.az












