"Ayaks"dan finala doğru böyük addım - London fəth edildi
"Ayaks" Çempionlar Liqasının yarımfinalında "Tottenhem"i məğlub edib.
Redaktor.az xəbər verir ki, Londonun "Uayt Hart Leyn" arenasında baş tutan qarşılaşmanı Amsterdamın "Ayaks" klubu qazanıb. 0-1 hesabı ilə başa çatan oyunda yeganə qolu Van Den Biik vurub.
Qeyd edək ki, cavab qarşılaşma 1 həftədən sonra Amsterdamda keçiriləcək.
Rüfət Xəlil / REDAKTOR.AZ












