Ronaldo dünyanın ən bahalı avtomobilinə sahib oldu

 07:49 01.05.2019     555
Turinin “Yuventus” və Portuqaliya yığma komandasının hücumçusu Kriştianu Ronaldu dünyada ən bahalı avtomobil sayılan “Bugatti La Voiture Noire”nin sahibi olub.
 
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, ulduz futbolçu bunun üçün 11 milyon avro ödəməli olub.
 
 “Bugatti La Voiture Noire” 1500 at gücünə malikdir və maksimal sürəti 420 km/ saat təşkil edir.
 
Lakin futbolçu bu gözəl avtomobili şəxsi istifadə üçün 2021-ci ildən tez əldə edə bilməyəcək. Şirkət o vaxta qədər avtomobil üzərində son yoxlama, sazlama işlərini həyata  keçirəcək.
 
Rüfət Xəlil / REDAKTOR.AZ
Vumart və Güvən reklamı Vumart Güvən