"Traktor Sazi" liderlə heç-heçə etdi
İran çempionatında 28-ci turun oyunları davam edir.
Redaktor.az-ın xəbərinə görə, Təbrizin “Traktor Sazi” klubu doğma meydanda lider "Persepolis"lə qarşılaşıb və bərabərə qalıb - 1:1.
Qeyd edək ki, "Traktor Sazi" 50 xalla 4-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 57 xalla "Persepolis" başçılıq edir. "İstiqlal" 53 xalla 2-ci, "Sepahan" 51 xalla 3-cüdür.
Rüfət Xəlil / REDAKTOR.AZ












