"Sumqayıt" futbol klubu tarix yazdı - Finalçılar müəyyənləşdi
Azərbaycan kubokunda finalçıların adı bəlli olub.
Redaktor.az xəbər verir ki, "Qarabağ" "Qəbələ" ilə qarşılaşıb. Ağdam təmsilçisi görüşdə 2-1 qalib gəlsə də, mübarizəni dayandırıb. İlk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən "Qəbələ" səfərdə vurduğu qolun üstünlüyü ilə 4-cü dəfə ölkə kubokunda finala vəsiqə qazanıb.
Digər finalçının adına "Zirə" - "Sumqayıt" matçında aydınlıq gəlib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma 3:3 hesabı ilə bitib. Oyun bərabərliklə yekunlaşsa da, “Sumqayıt” FK final oyununa adlayıb və ilk dəfə olaraq kubok finalına vəsiqə qazanıb.
Rüfət Xəlil / REDAKTOR.AZ












