"Arsenal"dan qələbə, "Çelsi" "Ayntraxt"la heç-heçə etdi

 05:34 03.05.2019     537

Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilirb.

Redaktor.az xəbər verir ki, "Arsenal" Londonda "Valensiya"nı qəbul edib və 3:1 hesabı ilə qalib gəlib. Eyni saatda başlayan digər oyunda isə  "Çelsi" "Ayntraxt"ın qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları mayın 9-da olacaq. 


2 may

Avropa Liqası

Yarımfinal, ilk oyunlar

 

23:00. "Arsenal" (İngiltərə) - "Valensiya" (İspaniya) - 3:1 
Qollar: Diakabi, 11 (0:1), Lyakazett, 18 (1:1), 26 (2:1), Obameyanq, 90 (3:1)

23:00. "Ayntraxt" (Almaniya) - "Çelsi" (İngiltərə) - 1:1 
Qollar: Yoviç, 23 (1:0), Pedro, 45 (1:1)

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən