Formulada olan 1 İDMANÇIMIZ - Onun da yaşı keçir...
Formula 1 üzrə növbəti Azərbaycan Qran-Prisi başa çatdı. Təəssüf ki, bu yarışlarda ölkəmizi təmsil edən idmançımız olmadı.
Niyə Azərbaycanda Formula 1 yarışları üçün idmançı yetişmir və ya brend markalar bu yarışlarda iştirak edəcək idmançıların formalaşmasına dəstək olmur?
Azərbaycanı Formula-3 yarışlarında uğurla təmsil edən pilotumuz və Avropa Qran Prisinin rəsmi elçisi Gülhüseyn Abdullayevlə əlaqə saxladıq. İdmançı bildirib ki, Formula 1 yarışlarına qayıtmaq istəyir:

"Türkiyədə təhsil alıram. Sonuncu kursdayam. Təhsilimi bu il bitirəcəm. 2 ildir ki Formula yarışlarından kənarda qalmışam. Yarışlara qayıtmaq fikrim və istəyim var. Sadəcə dəstək lazımdır. Azərbaycanda həm yerli, həm də beynəlxalq şirkətlərə müraciət etmişəm. Heç birindən pozitiv təklif gəlməyib. Səbəb olaraq bildirirlər ki, bu idman ölkədə geniş yayılan idman növü deyil, maddi imkan çatmır, nəticə almaq mümkün olmayacaq, ona görə də maraq azdır və s.
Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Gülhüseyn Abdullayevi çox dəstəklədiklərini deyir:

"Gülhüseyn Abdullayevə Bakı Şəhər Halqası olaraq çox dəstək olmuşuq, çempionatlara qatılıb. Sadəcə olaraq o, təhsilinə görə Türkiyəyə oxumağa getdi. Həm idman, həm də təhsil bir yerdə alınmır. Ona görə o, təhsilinə daha çox vaxt ayırmaq qərarına gəldi. 2 ildir ki, yarışlardan kənarda qalıb. Yenidən yarışlarda iştirak edə bilər, ancaq təəssüf ki, yaşı artıb. Bu yaş idmançının Formula 1-də iştirakı üçün uyğun deyil. Ona sponsor dəstəyi olarsa, digər çempionatlarda iştirak edə bilər".
Sərdar Məmmədov / Redaktor.az












