"İstanbul Başakşəhər"ə çempionluq yolunda ağır zərbə

 06:27 04.05.2019     478

Futbol üzrə Türkiyə Superliqasının 31-ci turuna start verilib.

Çempionluq mübarizəsi verən "Başakşəhər" səfərdə "Sivasspor"la qarşılaşıb. Oyun qolsuz bərabərliklə yekunlaşıb.

Sona üç tur qalmış vacib iki xal itirən istanbullular "Qalatasaray"ın "Beşiktaş"a qalib gələcəyi təqdirdə liderliyini itirə bilər.

Qeyd edək ki, lider "Başakşəhər"in hazırda 63 xalı var. "Qalatasaray" 60 xalla 2-ci, "Beşiktaş" 59 xalla 3-cüdür. "Sivasspor" isə 37 xalla 11-ci pillədə qərarlaşıb.

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən