Ronaldo "Yuventus"u xilas etdi
"Yuventus" futbol üzrə İtaliya çempionatının 35-ci turunda baş tutan Turin derbisində "Torino" ilə 1:1 hesablı heç-heçə edib.
Redaktor.az xəbər verir ki, Turinin "Alyans" stadionunda keçən qarşılaşmada hesabı qonaqlar açıb.
Matçın 18-ci dəqiqəsində "Torino"nun yarımmüdafiəçisi Saşa Lukiç fərqlənib. "Yuventus" məğlubiyyətdən oyunun 84-cü dəqiqəsində Kriştianu Ronaldunun başla vurduğu qol sayəsində yaxa qurtara bilib.
Artıq çempionluğu özünə təmin etmiş "Yuventus" bu heç-heçədən sonra xal ehtiyatını 89-a çatdırıb, "Torino" 57 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Eyni zamanda Ronaldu İtaliya A Seriyasında vurduğu qolların sayını 21-ə çatdıraraq, bombardirlər yarışında 2 və 3-cü pillədə gedən Duvan Sapata və Kşiştof Piontek ilə top sayını eyniləşdirib. Siyahıya 23 qolla Fabio Kualyarella başçılıq edir.
Rüfət Xəlil / Redaktor.az












