Ramil Quliyevdən növbəti qələbə

 10:06 04.05.2019     523

Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Qətərin paytaxtı Dohada keçirilən "Brilyant Liqa"da yarışında qalib gəlib.

Redaktor.az-ın məlumatına görə, R.Quliyev dünya və Avropa çempionu Ramil Quliyev kişilər arasında 200 metrlik məsafəyə qaçışda birinci olub. Belə ki, o, yarışı 19.99 saniyəyə bitirib.

Atletin qələbəsindən yazan Türkiyə KİV-ləri onun artıq Tokio 2020 Yay Olimpiya Oyunlarında iştirak etmək şansı qazandığını qeyd edirlər.

Vumart və Güvən reklamı Vumart Güvən