Bu gün Azərbaycan çempionu məlum olacaq - YENİLƏNDİ

 12:15 05.05.2019     561

Azərbaycan Premyer Liqasının XXVII turunda bu gün keçiriləcək dörd oyundan sadəcə ikisinə televiziya vasitəsilə baxmaq mümkün olacaq.

Redaktor.az Publika.az-a istinadən xəbər verir ki, "Qarabağ" - "Səbail" və "Qəbələ" - "Neftçi" qarşılaşmaları "CBC Sport" telekanalında canlı yayımlanacaq. Görüşlərin hər ikisi saat 18:00-da başlanacağına görə yalnız maraqlı və vacib epizodlar tamaşaçılara təqdim ediləcək. “Sumqayıt” – “Sabah” (20:00) görüşünə isə pfl.az saytı vasitəsilə baxmaq mümkün olacaq.

*****

09:55

Bu gün Azərbaycan Premyer Liqasında XXVII turun oyunları baş tutacaq.

Redaktor.az Publika.az-a istinadən xəbər verir ki, baş tutacaq matçlardan sonra çempion, gümüş və bürünc medalın sahibi, eləcə də sonuncu yeri tutacaq komandalar müəyyənləşə bilər.

Azərbaycan Premyer Liqası

XXVII tur

5 may (bazar)

17:00. “Keşlə” – “Zirə”

18:00. “Qəbələ” – “Neftçi”

18:00. “Qarabağ” – “Səbail”

20:00. “Sumqayıt” – “Sabah”

Vumart və Güvən reklamı Vumart Güvən