"Mançester Siti"dən Çempionluğa dogru böyük addım
Futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turuna yekun vurulub.
Redaktor.az xəbər verir ki, çempionluğa ən real namizəd "Mançester Siti" evində "Lester"i qəbul edib.
Oyun "Şəhərlilər"in 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 37 oyundan sonra "Mançester Siti" 95 xalla turnir cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyicisi "Liverpul" 94 xalla ikinci pillədə qərarlaşıb.
Rüfət Xəlil / Redaktor.az












