"Liverpul"dan möhtəşəm qələbə - "Barselona" darmadağın edildi
Çempionlar Liqasının ilk finalçısı müəyyənləşib.
Redaktor.az xəbər verir ki, yarımfinalın cavab oyununda "Liverpul" "Barselona"nı qəbul edib.
Rəqibi "Barselona"nı 4 cavabsız qolla məğlub edən "Mersisayd"lılar finala vəsiqə əldə ediblər.
Qeyd edək ki, ikinci finalçının adına bu gecə "Ayaks"-"Tottenhem" oyununda aydınlıq gələcək.
Rüfət Xəlil / Redaktor.az












