"Tottenhem" FİNALDA !

 02:39 09.05.2019     547

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

Redaktor.az xəbər verir ki, yarımfinal mərhələsinin digər cavab matçında İngiltərənin "Tottenhem" klubu Amsterdamda yerli "Ayaks"ı 3:2 hesabı ilə məglub edərək, iki oyunun yekununda mübarizədən kənarlaşdırıb. Londondakı ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Tottenhem" cavab görüşündə səfərdə üç  qol vurduğu üçün finala vəsiqə qazanıb.

Beləliklə, "Tottenhem" Çempionlar Liqasının finalına yüksəlib. İyunun 1-də İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək həlledici qarşılaşmada rəqib İngiltərənin daha bir təmsilçisi "Liverpul" olacaq. 

Rüfət Xəlil / Redaktor.az