“Səbail” klubu Ruslan Qurbanovla yollarını ayırdı

 20:31 09.05.2019     457

Bakının “Səbail” klubu futbolçusu Ruslan Qurbanovla yollarını ayırıb.

Redaktor.az ONA-ya istinadən bildirir ki, Topaz Premyer Liqasının bürünc mükafatçısı ilə Azərbaycan yığmasının 27 yaşlı milliləşən legioneri ilə arasında müqavilə başa çatıb.

Tərəflər anlaşmanı uzatmamaq, yollarını ayrılmaq barədə qərara gəliblər. 

Qeyd edək ki, 2018-ci ilin yayında “Səbail”ə keçən R.Qurbanov paytaxt klubunda 23 oyunda 3 qol vurub.