Məşhur futbolçu əməliyyat oldu

 05:29 10.05.2019     430

“Barselona”nın futbolçusu Luis Suares mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki,  uruqvaylı forvard dizindən əməliyyat olunub.

Onun mayın 25-də keçiriləcək İspaniya kubokunun finalında "Valensiya" ilə oyunda iştirakı da sual altındadır.

Rüfət Xəlil / Redaktor.az