"Bursaspor" 32-ci turun açılış oyununda qələbə qazandı

 04:27 11.05.2019     396

Futbol üzrə Türkiyə Superliqasında 32-ci turu start götürüb.

Redaktor.az-ın məlumatına görə, turun açılış oyununda "Bursaspor" "Antalyaspor"un qonağı olub və 1:0 hesabı ilə qələbə qazanıb.

Bu qələbə ilə xalını 33-ə yüksəldən Bursa təmsilçisi turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb, "Antalyaspor" isə 42 xalla 7-ci pillədə qalıb.

Turnir cədvəlinə 63 xalla "Qalatasaray" başçılıq edir. Eyni xala malik "Başakşəhər" 2-ci, "Beşiktaş" 59 xalla 3-cüdür.

Rüfət Xəlil / Redaktor.az