Kempo üzrə 16-cı dünya çempionatı keçirilib - FOTOLAR

 14:42 13.05.2019     370

22-28 aprel 2019-cu il tarixlərində İspaniyanın Qvadelaxara şəhərində rəsmi olaraq Kempo (İKF) üzrə 16-cı dünya çempionatı və dünya kuboku keçirilib.

Redaktor.az xəbər verir ki, çempionatda 67 ölkədən 1300-ə yaxın idmançı çempionluq uğrunda mübarizə aparıb. Dünya çempionatında Azərbaycan kempo yığma komandası yeddi idmançı və iki məşqçi ilə təmsil olunub.
Yarışın ilk günü kempo submişn üzrə üç idmançımız çıxış edərək bir qızıl (Togrul İbrahimli 16-17 yaşlar arasında 70 kq çəki dərəcəsində) və iki gümüş (Qafarov Eynulla kişilər arasında 70 kq və Əhmədov Fərid kişilər arasında 75 kq çəki dərəcələrində) medal qazanıb.

Yarışın ikinci günü kempo semi üzrə ustalar arasında +95 kq da çıxış edən idmançımız  Quliyev Valeh ikinci yerlə kifayətlənib. Yarışın üçüncü günü kempo full üzrə yarışa qatılan altı idmançımızdan ancaq bir nəfər (İbrahimli Togrul 16-17 yaşlar 70 kq çəki dərəcəsində) birinci yeri qazana bilib. Həmin günü nokdaun versiyası üzrə kişilər arasında 70 kq çəki dərəcəsində Qafarov Eynulla birinci yer, Qələndərov Vüsal kişilər arasında 95 kq çəki dərəcəsində ikinci yeri tutub.

Ümumilikdə idmançılarımız üç qızıl və dörd gümüş medalla vətənə qayıdıblar.

22222