Naxçıvanda keçiriləcək final oyunun hakimləri məlum oldu

 15:10 13.05.2019     402
Futbol üzrə Azərbaycan Kubokunun final matçına təyin olunan hakimlərin adı açıqlanıb.
Redaktor.az xəbər verir ki, final görüşü FIFA referisi İnqilab Məmmədova həvalə olunub. Ona yan xətt hakimləri Rahil Ramazanov və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim isə Səbuhi Bayramovdur. 

Görüşdə hakim-inspektor Vüsal Əliyev, AFFA nümayəndəsi isə Eldəniz Musayev olacaq. 

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" matçı mayın 19-da Naxçıvan Muxtar Respublikasının Stadionunda keçiriləcək.