Kempo Full üzrə Avropa çempionu Valeh Quliyev - VİDEO+FOTOLAR

 18:09 14.05.2019     826

İspaniyanın Qvadelaxara şəhərində rəsmi olaraq Kempo (İKF) üzrə 16-cı dünya çempionatı və dünya kuboku keçirilib.

Redaktor.az xəbər verir ki, çempionatda ölkəmizi təmsil edən idmançılarımız üç qızıl və dörd gümüş medalla vətənə qayıdıblar.

Kempo semi üzrə ustalar arasında +95 kq da çıxış edən idmançımız Quliyev Valeh yarışda ikinci yeri tutub.

İdmançı Redaktor.az-a yarışla bağlı təəssüratlarını bölüşüb:

"Yarışda 67 ölkədən 1300-ə yaxın idmançı iştirak edirdi. Final döyüşüm isə macar idmançı ilə oldu. Döyüş çətin keçmədi. Üstünlük məndə idi. Sadəcə qaydalarda dəyişiklik olmuşdu. Döşəkdən çıxdığıma görə, mənə cərimə xalları yazıldı. İki dəfə ardıcıl cərimə xalı yazıldığına görə qələbə rəqibə verildi".

Qeyd edək ki, Valeh Quliyev 2017-ci ildə Rumıniyanın Buxarest şəhərində Kempo üzrə 10-cu Avropa çempionatında iştirak edib. Təmsilçimiz bütün rəqiblərini məğlub edərək Kempo Full üzrə Avropa çempionu adına layiq görülüb. 

Redaktor.az

222