"Beşiktaş"dan vacib qələbə

 01:42 14.05.2019     380

Türkiyə Superliqasında 32-ci tura yekun vurulub.

Redaktor.az-ın məlumatına görə, turun son oyununda "Beşiktaş" "Alanyaspor"u qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xalını 62-ə yüksəldən İstanbul klubu turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb, "Alanyaspor" isə 42 xalla 7-ci pillədə qalıb. "Qalatasaray" və "Başakşəhər" hərəyə 66 xalla 1-2-ci pillələri bölüşdürür.

Rüfət Xəlil / Redaktor.az