İdmançılarımız paracüdo üzrə Qran-pri turnirinin ilk günündə 9 medal qazanıb

 10:54 14.05.2019     276

Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri turnirinin ilk gününü 9 medalla başa vurub.

Redaktor.az-ın məlumatına görə, son olaraq 81 kq çəkidə dərəcəsindəki final görüşündə Hüseyn Rəhimli Özbəkistan təmsilçisi Davurxom Karomatovla üz-üzə gəlib. Rəqibinə uduzan Azərbaycan idmançısı gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Vüqar Şirinli (60 kq) qızıl, Afaq Sultanova (57 kq), Bayram Mustafayev (66 kq) gümüş, Bəsti Səfərova (52 kq), Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) isə bürünc medal götürüb.

Yarışa mayın 14-də yekun vurulacaq.