Taekvondo üzrə dünya çempionatı start götürür - Böyük Britaniyada

 10:33 15.05.2019     354

Bu gün Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə dünya çempionatı start götürəcək. 

Redaktor.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 1 idmançısı dayanq üzərinə çıxacaq. 

58 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov startda isveçli Mohamed Abdullahi ilə üz-üzə gələcək. Döyüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. 

Qeyd edək ki, yığmamız 5 gün keçirilək mundialda 10 taekvondoçu ilə təmsil olunur.