Avroliqanın finalı ilə bağlı vizaların verilməsi 30 saniyəyə qədər azaldılıb

 12:05 15.05.2019     349

"UEFA Avropa Liqasının finalı ilə bağlı "ASAN Viza” əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər".

Redaktor.az-ın ona.az-a istinadən verdiyi xəbərə görə, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

O bildirib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “ASAN Viza” xidmət terminallarının və əməliyyat pəncərələrinin sayı 2 dəfədən çox artırılıb.

F. Cəfərov qeyd edib ki, gəliş vizalarının verilməsi proseduru sadələşdirilib və UEFA Avropa Liqasının finalı ilə bağlı vizaların verilməsi 30 saniyəyə qədər azaldılıb.

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" futbol klubları qarşılaşacaqlar.