Bakıdakı Avropa Liqasının final matçına bilet satışının üçüncü mərhələsi olacaq

 23:38 15.05.2019     333

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa bilet satışının növbəti mərhələsi təşkil olunacaq. 

Redaktor.az-ın məlumatına görə, üçüncü mərhələ yaxın günlərdə həyata keçiriləcək.

İlkin mərhələdə biletlər UEFA tərəfindən onlayn satışa çıxarılıb, sonra isə Bakıda müxtəlif satış nöqtələrində biletlərin fiziki satışı təşkil olunub. Satış prosesinin üçüncü mərhələsi üçün ayrılan biletlər yaxın günlərdə UEFA tərəfindən təqdim olunacaq. Bunun ardınca paytaxtımızdakı müxtəlif satış nöqtələrində satılacaq.

Biletlərin satışı ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, mayın 29-da baş tutacaq qarşılaşmada "Çelsi" və "Arsenal" klubları qarşılaşacaq.